EN

ABŞ və Fransa prezidentləri Qəzzada atəşkəs və Livanda sabitliyə çağırıblar

Yaxın Şərqdə Fransa və ABŞ regional münaqişənin aradan qaldırılması və qarşısının alınması üçün birgə səylərini davam etdirmək niyyətindədir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ və Fransa prezidentlərinin Paris danışıqlarının yekunları üzrə birgə bəyanatında deyilir.

"Fransa və Birləşmiş Ştatlar Qəzzada dərhal atəşkəsə çağırır və bir daha bildirirlər ki, bütün girovlar ilkin şərt olmadan dərhal azad edilməlidir. Prezidentlər Qəzzada baş verən ağır humanitar böhrandan dərin narahat olduqlarını bir daha vurğulayırlar və mülki əhaliyə genişmiqyaslı humanitar yardımın göstərilməsinə və Qəzzaya bütün marşrutlarla maneəsiz və davamlı humanitar çıxışın təmin edilməsinə çağırırlar. Onlar həmçinin İsrailin fələstinli mülki şəxsləri və humanitar işçiləri effektiv şəkildə qorumaq üçün daha çox işlər görməsinin vacibliyini bir daha təsdiqləyirlər. Onlar israillilər və fələstinlilər arasında davamlı sülhü təmin etməyin yeganə yolu olan iki dövlətli həll prinsipinə sadiqliklərində israrlıdırlar", - ABŞ və Fransa liderlərinin birgə bəyanatında vurğulanıb.

Həmçinin qeyd edilir ki, iki ölkə liderləri Livanda sabitliyin qorunması və "Mavi xətt" üzrə gərginliyin azaldılmasının vacibliyini xüsusi vurğulayır və bu məqsədə nail olmaq üçün birgə çalışacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources