EN

Avropa Kuboku: Azərbaycan millisi yarımfinala yüksəlib

Qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində ikinci oyununa çıxıb.
"Report"un məlumatına görə, yığma Lüksemburq seçməsi ilə üz-üzə gəlib.
Komandamız rəqibini 21:8 hesabı ilə məğlub edərək qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Yığma daha əvvəl Maltadan üstün olub - 17:14
Qeyd edək ki, yığma daha əvvəl Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
142
1
oxu.az

10Sources