EN

Hizbullah Qolan təpələrinə 40-dan çox raket atıb

Hizbullah partiyasının silahlı birləşmələri Livanın cənubundakı kəndlərin havadan və artilleriyadan atəşə tutulmasına cavab olaraq Qolan təpələrində İsrail ordusunun mövqelərinə raket zərbələri endirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə təşkilatın hərbi informasiya xidmətinin "Telegram" kanalında yerləşdirilmiş xülasəsində deyilir.

"İslam müqavimət bölmələri Zavurdakı artilleriya bazasına çoxlu raket sistemlərindən ən azı 30 raket atıb. Daha 10 raket Kfar Şuba təpələrindəki Ramta istehkam sahəsinə düşüb", - qeyd edilib.

Məlumatda bildirilir ki, birbaşa zərbə nəticəsində düşmən hərbçiləri arasında itkilər olub, hərbi texnika sıradan çıxıb.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources