EN

Qəzza Səhiyyə Nazirliyi: İsrailin Nuseyrat əməliyyatı zamanı 274 fələstinli ölüb

İsrailin Qəzza zolağının mərkəzində Nuseyrat fələstinli qaçqın düşərgəsinin mərkəzində 4 girovu azad etmək üçün keçirdiyi əməliyyatda ən azı 274 fələstinli həlak olub. 

"Operativ Media" xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qəzza Səhiyyə Nazirliyinin rəsmi "Telegram" kanalında yayımlanan bəyanatda deyilir: "İsrailin dünənki Nuseyrat düşərgəsindəki təcavüzü zamanı 274 nəfər həlak olub, 698 nəfər yaralanıb, qurbanlardan bəzilərinin vəziyyəti ağırdır". 

Ümumilikdə, departamentin məlumatına görə, gün ərzində anklavda 283 nəfər ölüb, daha 814 nəfər yaralanıb. 

İyunun 8-də İsrail ordusunun mətbuat xidməti Qəzza zolağının mərkəzindəki Nuseyrat bölgəsində xüsusi əməliyyat keçirdiyini, nəticədə 2023-cü il oktyabrın 7-də oğurlanmış dörd israillinin azad edildiyini açıqlamışdı. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources