EN

"Real Madrid" ən bahalı alman futbolçunu almaq istəyir

"Real Madrid" bir ildən sonra Bayerin 150 milyon avro dəyərində qiymətləndirdiyi Virtzi almaq istəyir

Ucnoqta.az xəbər verir ki, bu barədə Marca yazıb. "Bayer Leverkuzen"in yarımmüdafiəçisi Florian Virtz 2025-ci ilin yayında "Real Madrid"in hədəfinə çevrilib.

Nəşrin məlumatına görə, 21 yaşlı futbolçu "Bayer"lə onun üçün daha bir mövsüm oynayacağı, "Real"la isə 2025-ci ildə transfer barədə razılığa gəlib. Eyni zamanda, futbolçunun Leverkuzen klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir və Bayer aprel ayında oyunçu üçün ən azı 150 milyon avro almaq istədiklərini açıqlamışdı.

Transfermarkt portalı Virtzin dəyərini 130 milyon avro olaraq qiymətləndirir, O, Bundesliqanın ən bahalı oyunçusu və dünyanın yeddinci ən dəyərli oyunçusudur. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
54
ucnoqta.az

1Sources