EN

Bayden və Makron Cənubi Qafqazda sülhü dəstəklədiklərini bəyan ediblər

Bayden və Makron Cənubi Qafqazda sülhü dəstəklədiklərini bəyan ediblər

ABŞ və Fransa Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olmasının tərəfdarı olduqlarını bildiriblər.

Bu barədə ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makron Parisdə danışıqların yekunlarına dair birgə bəyanatlarında bildiriblər.

Qeyd olunub ki, region xalqlarının rifahı naminə ABŞ və Fransa Cənubi Qafqazda beynəlxalq hüquqa, eləcə də suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün bərqərar olmasını dəstəkləyirlər.

Xatırladaq ki, Co Bayden və Emmanuel Makron iyunun 8-də Parisdə danışıqlar aparıblar.(oxu.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
34
sonxeber.az

10Sources