EN

Mübariz Mənsimovun "Xəzər Lənkəran"ı bərpa edib-etməyəcəyi haqda AÇIQLAMA

Mediada "Xəzər Lənkəran"ın bərpası ilə məlumatlar dərc olunur.

Sportinfo.az xəbər verir ki, fəxri prezident Mübariz Mənsimovun stadionun təmiri və klubun bərpası üçün 5 milyon vəsait ayırması isddia olunur.

Təbii ki, bu məlumatlar Azərbaycan gündəminə bomba kimi düşdü. İctimaiyyət XL-in qayıtmasını cani-könüldən istəyir.

Bu xəbər də onlar üçün yeni ümid oldu. Görəsən, informasiya nə qədər doğrudur?

Məlumatı dəqiqləşdirməkdən ötrü Lənkəran şəhər stadionunun sabiq direktoru Höccət Hacıyevə üz tutduq (offsideplus.az):.

"Xəzər Lənkəran" niyə də bərpa olunmasın? Mübariz müəllim dəfələrlə müsahibələrində bildirib ki, "Xəzər Lənkəran" sevgisi mənim üçün heç vaxt bitməyəcək.

Vəsaitin miqdarı ilə bağlı məlumatları deyə bilmərəm ki, doğrudur. Klubun arxasında Mübariz Mənsimov kimi öz azarkeşlərinə dəyər verən bir adam varsa, niyə də tam bərpa olunmasın?

İnanırıq ki, tezliklə təmir işləri başlanacaq və biz azarkeşlərimizi sevindirəcəyik".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
64
sportinfo.az

1Sources