EN

"Yuventus" Moratanı transfer etmək istəyir

"Yuventus" "Atletiko"nun  hücumçusu Alvaro Moratanı yenidən transfer edə bilər.

Bu barədə "Tuttosport" nəşri məlumat yayıb. Turin təmsilçisinin bu qərarı komandanın hücumçusu Arkadiuş Milikin zədə alması və təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalması ilə əlaqədardır. 

Bildirilir ki, ispaniyalı futbolçu A Seriya klubuna qayıtmaq qərarına gəlsə, maaşını azaltmalı olacaq.

31 yaşlı oyunçu artıq 2014-2016-cı illərdə, daha sonra isə 2020-2022-ci illərdə "Yuventus"da çıxış edib. Onun "Atletiko" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

"Cebhe.info"

Chosen
123
3
cebheinfo.az

4Sources