EN

Namizədliyini geri götürdü

İranda prezidentliyə ilk qadın namizəd Zöhrə İlahian növbədənkənar prezident seçkilərində iştirak etməmək qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “X”də yazıb.

“Xalqın, alimlərin və elitanın etimad göstərdiyi namizədi dəstəkləyərək, İnqilabın müdrik rəhbərinin qadınların böyük rəhbər vəzifələrdə olması ilə bağlı müsbət və müdrik fikrinə görə minnətdarlığımı bildirərək, namizədlikdən geri çəkildiyimi bildirirəm”, - Z. İlahian qeyd edib.

Xatırladaq ki, iyunun 1-də İran tarixində ilk dəfə qadın prezident seçkilərində namizəd kimi iştirak etmək üçün qeydiyyatdan keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
qafqazinfo.az

1Sources