EN

2 nəfər imtahandan xaric edilib 

Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 9-da I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan 14 şəhər və rayonda təşkil olunub.

 

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. 1 nəfər isə özü ilə gizli şəkildə xüsusi rabitə vasitəsi keçirməyə cəhd edərkən binanın girişində müəyyən edilib və imtahana buraxılmayıb. Hər iki halla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
108
azedu.az

1Sources