EN

Keylor Navas Fransa telekanalını məhkəməyə verir

PSJ-nin kostarikalı keçmiş qapıçısı Keylor Navas Fransanın “BF MTV” telekanalını məhkəməyə verməyə hazır olduğunu açıqlayıb.

Arena.az məlumat verir ki, Navas özünün sosial şəbəkə hesabları üzrəindən paylaşdığı yazısında “BF MTV” telekanalını ona böhtan atmaqda ittiham edib.

Xatırladaq ki, daha əvvəl “BF MTV” telekanalı Navasın köməkçisinin dilindən ifadə əsasında, qapıçının öz köməkçisinin əməyini istismar etməsi, onunla əmək müqaviləsi bağlamaması və bu istəkdə belə, olmaması, işçisinə yaşamaq üçün bərbad halda olan mənzil icarələməsi və köməkçisindən yanında daim odlu silah – tüfəng saxlamağı tələb etməsi barədə məlumat yaymışdı. Həmçinin telekanal Navasın köməkçisinin yanında, icazəsi olmadan tüfəngdən atəş açması barədə məlumat vermişdi.

Vurğulanır ki, bu halların mövcudluğunun sübuta yetiriləcəyi halda Navas cinayət məsuliyyətinə cəlb edilə bilər.

“Son günlərdə Fransa mətbu dərgilərinin birində mənə və ailəmə təsir edən yalan, əsassız və çox ciddi bəyanatların yer aldığı xəbərdən sonra, bütün hüquqi fəaliyyət mərhələlərinə başlamaq niyyəti ilə işi vəkillərimin ixtiyarına vermək qərarına gəldi”, – Navas yazısında paylaşıb.

Keylor Navas Kosta-Rikanın “Deportivo Saprissa” klubunun yetirməsidir. Qapıçı, karyerası ərzində “Albasete”, “Levante”, “Real” və PSJ və “Nottingem Forest”də çıxış edib.

Navas iyulun 1-də Fransa nəhəngi ilə müqavilə müddətinin başa çarması səbəbilə Paris klubundan azad agent qismində rəsmən ayrılacaq.

2023/2024 mövsümündə Navas PSJ-nin heyətində bütün yarışlarda 6 oyuna 7 qol buraxıb, 2 təmiz oyun keçirib. PSJ-nin heyətində Navasın çıxışlarının ümumi mənzərəsi isə belədir: 114 oyun, 94 buraxılmış qol, 52 təmiz oyun.

Keylor Navas 2008-ci ilin oktyabrında debüt etdiyi Kosta-Rika yığmasının heyətində 114 oyun keçirib, 127 qol “yeyib”, 42 oyundan “quru” qurtulub.

Navas PSJ ilə hər biri 3 dəfə olmaqla, Fransa Liqa 1-in, Fransa Kubokunun, Fransa Super Kubokunun qalibi olub, həmçinin 1 dəfə Fransa Liqa Kubokunu qazanıb.

“Transfermarkt” internet-portalı 37 yaşlı qapıçının transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Chosen
192
arena.az

1Sources