Argentina millisinin lideri Lionel Messi 2026-cı il dünya çempionatında oynayıb-oynamayacağı ilə bağlı sualı cavablandırıb.
Publika.az xəbər verir ki, həmin vaxt 39 yaşının tamam olacaq Messi bu suala birmənalı cavab verməyib:
“Bu, özümü necə hiss edəcəyimdən, hansı fiziki formada olacağımdan asılıdır. Realist olmağa və komanda yoldaşlarıma kömək edə bilmək gücündə olub-olmadığımı bilməliyəm.
Buna hələ çox var. Bundan əlavə, yaşı mütləq nəzərə almaq lazımdır, bu reallıqdır. Qarşıda duran matçlar üç gündən bir oynadığım Avropadakı kimi deyil.