EN

Kanadaya məxsus sərnişin təyyarəsi havada alışdı - Video

Kanadanın “Air Canada” hava yollarına məxsus “Boinq 777” sərnişin təyyarəsi havada alışıb.

Axar.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Məlumata görə, hadisə təyyarənin Toronto hava limanından qalxmasından sonra baş verib. Havaya qalxandan sonra təyyarənin mühərrikində qığılcım baş verib, daha sonra yanğın başlayıb. Nəticədə təyyarənin quyruq hissəsini alov bürüyüb.

389 sərnişini olan təyyarə geri qayıdıb və məcburi eniş edib.

Bildirilib ki, sərnişinlərdən heç kim xəsarət almayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
74
3
axar.az

4Sources