EN

İLDIRIM DSX-NİN 2 HƏRBİ QULLUQÇUSUNU VURUB ÖLDÜRDÜ

Ötən gecə saatlarında Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu ildırım vurması nəticəsində həlak olub.

Xidmətin mətbuat xidmətindən "Təzadlar"a verilən məlumata görə, hadisə Lənkəran ərazisində baş verib. Sitat: "İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat etmişlər. Faktla bağlı araşdırma aparılır. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!".

 Adətən ildırım elektrik cihazlarına, o cümlədən rabitə, radio, televizor, və s.  kimi qurğulara daha təhlükəli sayılır. İldırımla müşaiyət olunan hava şəraitində bu cihazlardan uzaq durmaq tələb olunur...A.Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
80
49
tezadlar.az

10Sources