EN

Qəzzada Səhiyyə Nazirliyi: 25 min fələstinlinin Qəzza xaricində müalicəyə ehtiyacı var

İsrailin 8 aydır hücumlarını davam etdirdiyi Qəzza zolağında 25 min yaralı və xəstənin Qəzza zolağı xaricində müalicəyə ehtiyacı olduğu bildirilib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrail ordusunun işğalından əvvəl Rəfah Sərhəd Qapısının açıq olduğu 7 oktyabrdan bu yana yalnız 4895 nəfərin Qəzzanı müalicə üçün tərk edə bildiyi deyilib.

 

İsrail ordusunun Rəfah şəhərinə hücumu zamanı Rəfah qapısını nəzarətə götürməsindən sonra heç bir xəstə və yaralının Qəzza zolağından çıxa bilmədiyi vurğulanıb.

 

Açıqlamada xəstə və yaralıların müalicə üçün Qəzzanı tərk edə bilmədiyi üçün minlərlə insanın həyatının təhlükədə olduğu vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
99
aztibb.az

1Sources