EN

“Milan” niderlandlı hücumçunun transferi üçün görüş keçirəcək

“Milan” “Los-Anceles”ə keçmək üçün azad agent kimi klubdan ayrılan Olivye Jirunun yerinə yeni hücumçu axtarır.



Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubunun nümayəndələri yaxın vaxtlarda “Bolonya”nın hücumçusu Coşua Zirkzenin transferi ilə bağlı görüş keçirəcəklər.



“Milan” niderlandlı futbolçuya 5 il müddətinə, illik 5 milyon avro maaşla müqavilə təklif etməyə hazırdır. Digər klublar da forvardın xidmətində maraqlıdır, ona görə də, müqavilə bağlamaq asan olmayacaq.



“Bolonya”nın Zirkzenin transferi üçün 40-60 milyon avro civarında məbləğ tələb edəcəyi daha əvvəl bildirilirdi.



23 yaşlı forvard son A Seriyasında 11 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərcoşua zirkze milan

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
98
1
komanda.az

2Sources