EN

Digər ölkələrOrban: Qərb dövlətləri Rusiyanın sərvətini əldə etmək üçün onu məğlub etmək istəyirlər

“Qərb dövlətləri Ukrayna münaqişəsində 1990-cı illərdə etdikləri kimi Rusiyanın sərvətini əldə etmək üçün hərbi yolla onu məğlub etmək istəyirlər”.

“Report” xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Hír TV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, müharibə yolunda olan Qərb liderləri Rusiyanı hərbi yolla məğlub etmək istəyirlər: “Onların parlaq planı tamamilə sadədir, çünki söhbət təsir və güc verən puldan gedir.

1990-cı illərdə avropalılar Rusiya iqtisadiyyatına sərbəst şəkildə daxil oldular. Qərb o zaman Rusiya və Ukraynanı istismar etməyə çalışdı, lakin rusiyalılar sonda hər şeyi öz əllərinə aldılar”.

Orban əlavə edib ki, hazırda Qərbdə çoxları o dövrlərə qayıtmaq, “Şərqdə böyük yenidənqurma haqqında xəyal qurmaq” istəyir və Ukraynadakı münaqişənin bunun üçün imkanlar yaradacağına ümid edir.

Onun fikrincə, müxtəlif silah tədarükçüləri, kreditorlar, birja möhtəkirləri artıq bu münaqişədən qazanc əldə etməyə çalışırlar:

“İndi sizə nisbətən yeni bir hekayə danışacağam. Amerikalılar əla təklif irəli sürürlər ki, onlar yenidən Ukraynaya 40 milyard dollar kredit verəcəklər, avropalılar isə öz növbəsində ukraynalıların bu borcu qaytaracağına zəmanət verəcəklər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
79
4
far.az

5Sources