EN

SosialNaxçıvanda prokurorluq orqanlarının əməkdaşları Batabat gölünün ətrafında təmizlik aksiyası keçiriblər - FOTO

SİZİN REKLAM BURADA!055 213 76 73

Naxçıvan Muxtar Respublikası Prokurorunun təşkilatçılığı ilə Şahbuz rayonunda yerləşən Batabat gölü ətrafında təmizlik aksiyası keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, aksiya Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə ilə əlaqədar keçirilən kompleks tədbirlərin davamı olaraq baş tutub.

“Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” şüarı altında keçirilən aksiyanın əsas məqsədi ətraf mühitin sağlamlaşdırılması, təmizliyə riayət olunmasını təbliğ etmək, məişət tullantıları ilə zibillənmənin qarşısını almaq və bütün gəncləri ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tərəfindən ərazi plastik və digər məişət tullantılarından təmizlənib, toplanaraq tullantılar aidiyyəti üzrə təhvil verilib.

Far.Az QALEREYA

Chosen
135
8
far.az

9Sources