Banqladeşin Naoqaon şəhəri və Çapainavabqanc bölgəsində ilkin məlumatlara görə, ildırım vurması nəticəsində 6 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Polis rəsmiləri həyatını itirənlərin açıq ərazidə tapıldığını bildirib. Aprel-9 may tarixləri arasında ölkədə ildırım vurması nəticəsində 35-i fermer olmaqla 74 nəfər həlak olub.