EN

Türkiyədə casusluqla bağlı cinayət əməllərinin siyahısı genişləndiriləcək

Türkiyədə casusluqla bağlı Cinayət Məcəlləsinin (CM) müddəalarına daxil olan cinayət əməllərinin siyahısını genişləndirmək planlaşdırılır.
 
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, yeni qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim ediləcək.
 
Məlumata görə, dövlət sirrinin açıqlanmasına və casusluğa görə cəza nəzərdə tutan Cinayət Məcəlləsinə “Dövlətin təhlükəsizliyinə və ya siyasi maraqlarına zərbə vuran cinayətlər haqqında” maddəsinin əlavə edilməsi təklif olunur.
 
Yeni bəndə əsasən, xarici dövlətlərin və ya ayrı-ayrı xarici strukturların strateji planlarına uyğun gələn, Türkiyənin təhlükəsizlik və ya daxili və xarici siyasi məqsədlərinə zidd olan hər hansı hərəkətlər 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum ediləcək.
 
Bundan başqa, nəzərdə tutulan cinayət əməli müharibə zamanı və ya müharibəyə hazırlıq dövründə törədilibsə, ordunun hərəkətlərinə və hərbi əməliyyatların səmərəliliyinə xələl gətirilərsə həbs qətimkan tədbiri 8 ildən 12 ilədək müddətə uzadılacaq.
Chosen
85
4
moderator.az

7Sources