EN

Qəzzadakı qaçqın düşərgəsi bombalanıb, 200-dən çox ölü, 400 yaralı olduğu bildirilir

İsrail ordusu Qəzza zolağına hava və quru hücumu təşkil edib.

APA NTV-yə istinadən xəbər verir ki, Qəzzadakı Nuseyrat qaçqınlar düşərgəsinə də zərbələr endirilib. Nəticədə 210 nəfərin öldüyü, ən azı 400 nəfərin yaralandığı bildirilir. Yaralılar Deyr əl-Bələhdəki Əl-Əqsa Şəhidləri Xəstəxanasına yerləşdirilib.

Bildirilib ki, Əl-Əqsa Xəstəxanası bölgədəki yeganə xəstəxanadır və hazırda yalnız elektrik generatoru ilə işləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
100
4
apa.az

8Sources