“Qarabağ”ın futbolçusu Patrik Andrade Kapo-Verde yığmasında növbəti görüşünü keçirib.
İdman.biz xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi səfərdə Kameruna qarşı oynayıb.
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən qarşılaşma kamerunluların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Andrade 46-cı dəqiqədə meydana daxil olub. O, fərqlənə bilməyib.
Qeyd edək ki, 3 oyundan sonra 4 xal toplayan Kapo-Verde 4-cü pillədə qərarlaşıb.
İdman.biz