Almaniya kansleri Olaf Şolz özünün X sosial şəbəkəsində Danimarkanın baş naziri Mette Frederiksenə hücumu pisləyib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS xəbər verir.
...Zorakılıq heç vaxt siyasi müzakirələrin bir hissəsi olmamalıdır.
Bunu deyən Almaniya kansleri, Mette Frederiksenin tezliklə sağalmasını arzulayıb.
Xatırladaq ki, iyunun 7-də Kopenhagendə naməlum şəxs Danimarkanın baş naziri Mette Frederikseni döyüb.
Qeyd edək ki, bundan əvvəl Hollandiyada siyasətçiyə hücum etməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Əli Babayev