EN

Azərbaycan klubunda 500 manatlıq BİABIRÇILIQ!

"Şamaxı" klubu marketinq mütəxəssisi axtarır.

Bu barədə klubun feysbuk hesabından paylaşım edilib.

Və çalışmaq istəyənlərin qarşısına 7 bənddən ibarət geniş öhdəlik qoyulub.

Premyer Liqaya yüksələn klubun atdığı bu addım alqışalayiqdir. Həqiqətən peşəkar klubda belə bir mütəxəssisə ehtiyac var.

Xüsusilə də bir bölgə klubunda.

Amma öhdəlik və tələblərin cəlbedici olduğu postun sonunda yazılan və əmək haqqını özündə əks etdirən rəqəm haqlı olaraq bir anda klubu məsxərə obyektinə çevirib.

Söhbət böyük öhdəlik və tələb qarşılığında təqdim edilən 500 manatlıq kiçik rəqəmdən gedir.

Dövrümüzün reallıqlarını dərk edən hər kəs yaxşı bilir ki, bu gün yuxarıda göstərilən maaşa sürücü, satıcı, mühafizəçi tapmaq belə çətindir.

Məqsədimiz təqdim edilən sahələri aşağılamaq deyil, sadəcə bir marketinq mütəxəssisinin gördüyü işin məsuliyyətinin kifayət qədər böyük olduğu kimi haqqının da yüksək olmasını diqqətə çatdırmaqdır.

Əbəs deyil ki, paylaşıma reaksiya göstərən 211 nəfərdən 125-i gülüş, 3-ü isə ağlamaq smaylıkı atıb.

Şərhlərdə yazılanların müəyyən bir qismini şərhsiz olaraq sizə təqdim edirik:

"İş əladır, əmək haqqı isə çox az".

"Əmək haqqı çox gülüncdü".

"1500 oxudum, dedim nə az verirlər? Sən demə 500 imiş. Dəlixanadı mən ölüm".

"Bu qiymətə şor belə satmırlar, bilet satacaqlarmış".

"Maaş 500 manat çoxdu da, gəlin onu 300 zad edək".

"Admin, vaxt itirmədən 500-ü 5000 et. Şərhlərin sonu yaxşıya getmir".

"Bu əmək haqqıya mühafizəçi belə tapmaq olmur".

"Şamaxı" klubu ali təhsilli kölə axtarır".

"Əmək haqqı azdı. öhdəliklər çox".

"500 manat mənə versəniz səhərdən axşama yaxşı dua edərəm".

"Günü heç 20 manata düşmür".

"Bu maaşa mütəxəssis heç özü oyunlara gəlməz, o ki qalmışdı azarkeş cəlb edə".

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
69
sportinfo.az

1Sources