EN

Etibar Əliyevin “Məktəbli fəlsəfəsi” kitabı çapdan çıxdı

 Milli Məclisin deputatı fəlsəfə elmlər doltoru Etibar Əliyevin  “Məktəbli fəlsəfəsi” kitabı çapdan çıxıb

Etibar Əliyev bildirib ki, inkişaf etmiş ölkələrin orta məktəblərində “Məktəbli fəlsəfəsi” tədris olunur.

Təəssüflər olsun ki, Ali məktəblərimizdə fəlsəfənin tədrisi məhdudlaşdırılıb. Proqramlar və dərsliklər köhnədir, fəlsəfənin əsl mahiyyəti açılmır. Tələbələr fəlsəfi cərəyanlardan məlumatsızdırlar. Riyaziyyatın, fizikanın, biologiyanın, bütövlükdə elmin fəlsəfəsi kimi istiqamətlər dünyanın ali məktəblərində tədris olunur. İnsanın mənəvi həyatı elm, din, incəsənət və fəlsəfəyə söykənir. Cəmiyyəti elmsiz və incəsənətsiz təsəvvür etmək mümkün olmadığı kimi fəlsəfəsiz də təsəvvür etmək olmaz.

Deputat vurğulayıb ki,fəlsəfənin bilik və elm sahəsi kimi gündəmə gətirilməsi ali məktəb tələbələri ilə yanaşı, orta məktəblərin yuxarı sinif şagirdləri üçün də aktuallıq kəsb edir. Bu tendensiya çağımızın tələbidir…

Bir dəfə yunan filosofu Pifaqordan soruşurlar ki, o, müdrikdirmi? Pifaqor belə cavab verir: “Mən müdrik deyiləm, filosofam”. Yəni müdrikliyi (sophia) sevirəm (phileo).

İnsanın kamilləşməsi missiyyasını təkcə fəlsəfə üzərinə götürməyib; bununla ədəbiyyat, təsviri incəsənət, musiqi, insanı tərbiyələndirən və onun xasiyyətinə yumşaqlıq gətirən din də məşğul olur.

Onlardan fərqli olaraq fəlsəfə təbiətin və cəmiyyətin dərk olunması metodlarını tapmağa, bəşəriyyətin mənəvi təcrübəsini ümumiləşdirməyə və onların bəzi qanunauyğunluqlarını üzə çıxarmağa çalışır. İnsan idrakını genişləndirir. Bununla yanaşı, fəlsəfə özünü anlayış və kateqoriyalar sistemi vasitəsilə ifadə etməyə çalışır ki, bu baxımdan o, fizika və kimya kimi konkret elmlərə bənzəyir.

Bizlərə fəlsəfə elminə maraq oyadan, bu elm sahəsini anlamağa yardımçı olan görkəmli filosof alimlərimiz, mərhum professor Həsən Quliyevə, professor Rəhman Bədəlova, profossor Qorxmaz Quliyevə, professor Səlahəddin Xəlilova dərin ehtiramımı bildirirəm deyə Etibar Əliyev qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
125
xalq.az

1Sources