EN

Qarabağ ermənilərdən xilas oldu, Xəzər hasarlardan xilas ola bilmədi

Bu gün saytlarda çox maraqlı bir xəbərə rast gəldim. Deməli, iqtisadçı, milət vəkili Vüqar Bayramov deyib ki, Xəzər dənizinin Azərbaycan hissəsində süni adalar yaradılacaq. Adaların yaradılmasının Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyəti böyükdür:

”Xəzər dənizində süni torpaq sahələrinin yaradılması Azərbaycan üçün həm də iqtisadi baxımdan yeni bir imkandır. Nəzərə alaq ki, süni torpaq sahələrinin yaradılmasında yalnız dövlət qurumları deyil, həm də fiziki və hüquqi şəxslər də iştirak edə biləcək”.


İqtisadçı deputatın sözlərinə görə, bu, həm də sahibkarlar üçün yeni bir imkandır:” “Məqsəd süni torpaq sahələrini yaratmaqla investisya qoyuluşu, xarici sərmayənin cəlb edilməsi və Xəzərin Azərbaycana aid olan hissəsinin infrastrukturunun genişləndilməsinə nail olmaqdır. Sinqapur, BƏƏ və digər ölkələrin təcrübəsi göstərir ki, dənizdə süni torpaq sahələrinin yaradılması həmin ölkələrin inkişafına xüsusi töhfə verir. Belə torpaq sahələrinin yaradılması xüsusən də iqtisadi inkişafa malik olan ölkərdə müşahidə olunur. Bu, yeni imkanlar deməkdir və Azərbaycan iqtisadiyyatında yeni bir mərhələnin başlanması hesab oluna bilər, xüsusən də qeyri-enerji sektoruna sərmayələrin cəlb olunmasına imkan verəcək”.

Bəlkə, əvvəl  vvəl Xəzəri hasardan xilas edib, sonra süni adalar yaradasınız?

Doğrusu, “urra” deyib sevinmək istəyirdim ki, içimdən sevinmək gəlmədi. Niyəsini izah edin: Dübarə xəbəri bir də nəzərdən keçirmək istədim ki, görüm, bu xəbərdə sıravi azərbaycanlının qazancı nə olur? Vəzifəsi, pulu, imkanı, “möhkəm dayaqları olmayan “sıravi”nin fəhləlikdən başqa nə qazancı olacağını düşünüb susdum, sevincim bu səbəbdən kükrəmədi..
Yadıma düşdü ki, Azərbaycan müstəqillik qazananan bu günə qədər hasara alınmış dənizimizə rahat girmək imkanı əlimizdən çıxıb. Dövlətdə tutduğu vəzifəsinə görə səlahiyyəti böyük olan, oliqarxların və onların əlaltılarının Xəzərsahili çimərlikləri qanunsuz zəbt etməsinə 30 ildə bir əncam çəkilsəydi, xalq dənizin, dəniz xalqın olsaydı , əlbəttə bu xəbərə elliklə sevinərdik.

Baxmayaraq ki, ictimai çimərliklər var, amma oralar çimərlik üçün yararlı deyil. Yaxınlıqdakı yaşayış məntəqələrindən axan çirkab suları bir başa dənizə axıdılır.
Ötən ilin elə təxminən bu günü idi...SPEYS TV  bir süjeti  ictimai çimərliklərdə çimən kasıbları həddiz kədərləndirdi. Deməli, süjetdən bilinir ki, Kürdəxanı qəsəbəsinin sahilboyu ərazilərində illərdir ki, Bakıətrafı qəsəbələrdə toplanan çirkab və qrunt suları birbaşa dənizə axıdılır. Bu da Xəzər dənizində ekoloji tarazlığın pozulması ilə yanaşı, yay aylarında çimməyə gələn insanlar üçün xəstəlik mənbəyi olaraq qalmaqdadır.
O da bildirildi ki, Qaradağ, Xəzər, Sabunçu, Abşeron rayonu və Sumqayıt şəhərinin, əsasən, sahilboyu ərazilərdə fəaliyyət göstərən iaşə obyektlərindən kanalizasiya suları dənizə axıdılır.
Axı, belə yerdə gedib çimən vətəndaşın - kasıbın istirahəti nə olacaq? Olmaz ki, dənizin təmiz, çirklənmədən uzaq olan ərazilərindəki hasarları söküb, “pulgirləri” oradan uzaqlaşdırıb, o təmiz məkanı kasıbların , sıravi Azərbaycan vətəndaşlarının istifadəsinə versəniz? Vallah ,  Allaha da xoş gedər, bəndələrə də.
İndi Xəzəri qurudub torpaq edib yenə də dənizə hasar çəkib, bundan pul qazananların ixtiyarına verəcəksinizsə, buna necə sevinim bilmirəm...
Uzun sözün qısası, əvvəl Xəzəri hasarlardan xilas edin, xalqa verin, sonra süni adalar yaradıb, yenə oliqarxlara icarəyə verərsiniz...

 Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
87
50
adalet.az

10Sources