EN

Neymar yenidən Messi ilə komanda yoldaşı olacaq? - Argentinalıdan açıqlama

"İnter Mayami"nin hücumçusu Lionel Messi "Əl-Hilal"ın vingeri Neymarın Amerika klubuna mümkün transferi ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, argentinalı ulduz "Infobae"-yə açıqlamasında belə deyib:

"Düzü, bilmirəm, məlumatım yoxdur. Amma indi çətin görünür, o, Səudiyyə Ərəbistanındadır, deyəsən, müqaviləsinin bitməsinə bir il qalıb. Neymar çətin il keçirdi, uzun müddət zədəli oldu, bu səbəbdən Amerika Kubokunu buraxacaq. Ona görə də indi çətindir. Sonra nə olacaq, bilmirəm, həyat elə dönüşlər edir ki, hər şey ola bilər. Ancaq düşünürəm ki, hazırda onun "İnter Mayami"yə gəlişi mümkünsüzdür”.

Qeyd edək ki, Messi ilə Neymar "Barselona" və PSJ-də birgə çıxış ediblər.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
38
fanat.az

1Sources