EN

“Murov Az Terminal” 7 voleybolçu ilə vidalaşıb

Qadınlar voleybolçulardan ibarət “Murov Az Terminal” komandası 7 oyunçu ilə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, Bakı klubu türkiyəli Burcu Şəntürk, serbiyalı İrina Milanoviç, Daniyela Nikiç, kubalı İvis May Vila, rusiyalı Natalya Dumçeva, Bella Qatsalova və qazaxıstanlı Yelena Malaxova ilə vidalaşıb. Həmin oyunçularla başa çatan müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, “Murov Az Terminal” ötən mövsüm bürünc medalların sahibi olub.

Chosen
66
2
ikisahil.az

3Sources