EN

İstanbul nəhəngi mərakeşli futbolçunu istəyir

İspaniyanın “Sevilya” klubunun hücumçusu Yusuf En-Nesri karyerasını Türkiyədə davam etdirə bilər.

Msport.az “Fanatik”ə istinadən xəbər verir ki, “Fənərbağça” mərakeşli forvardla maraqlanır.

İstanbul klubunun idman direktoru Mario Branko hücumçunun meneceri ilə bir neçə dəfə görüşüb.

Təcrübəli forvardın İspaniya klubu ilə müqaviləsinin müddəti bir il sonra başa çatacaq.

Chosen
95
1
msport.az

2Sources