Bakı. Trend:
Yaponiya Ukrayna ilə yardım haqqında 10 illik sazişimzalayacaq.
Trend xəbərverir ki, bu barədə "NHK" telekanalı məlumat yayıb.
Məlumata görə, saziş 13-15 iyun tarixlərində İtaliyadakeçiriləcək G7 ("Böyük Yeddilik") sammiti çərçivəsindəimzalanacaq.
Sazişə əsasən Tokyo Kiyevə təhlükəsizlik və müdafiə sahəsindədəstək göstərəcək, o cümlədən qeyri-letal hərbi ləvazimat vəmateriallar göndərəcək, ukraynalı hərbçilərin müalicəsinə vəUkrayna kəşfiyyatına yardım edəcək.