EN

"Qarabağ"ın futbolçusu "Səbail"də

2024/2025-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Səbail” iki yeni futbolçunu heyətinə qatıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 

“Dənizçilər” son olaraq, “Kəpəz”də çıxış etmiş 24 yaşlı müdafiəçi Vüsal Məsimovu və “Qarabağ”ın 22 yaşlı yarımmüdafiəçisi Nihat Quliyevi transfer ediblər. Hər iki futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Səbail" daha əvvəl Fərid Nəbiyevi heyətinə qatıb.

Chosen
119
3
ikisahil.az

9Sources