EN

Yaponiya Ukrayna ilə 10 illik dəstək sazişi imzalayacaq

Yaponiya hökuməti Ukrayna ilə bir sıra sahələrdə, o cümlədən infrastrukturun bərpası üzrə 10 il müddətinə nəzərdə tutulmuş dəstək sazişi bağlayacaq.

"Unikal" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Bildirilib ki, Tokio, həmçinin Kiyevə təhlükəsizlik və müdafiə sahəsində, o cümlədən qeyri-öldürücü texnologiya və avadanlıqların verilməsində yardım göstərmək niyyətindədir.

Bundan əlavə, Yaponiya yaralı ukraynalı əsgərlərin müalicəsinə kömək edəcək, eləcə də kəşfiyyat sahəsində əməkdaşlıq edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
22
unikal.az

10Sources