Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri Aqil Vəliyev və Anar Vəlizadə sonuncunun idarə etdiyi "Opel" markalı avtomobildə saxlanılıblar. Həmin nəqliyyat vasitəsindən 20 kiloqram tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı həmin narkotik vasitəni saxlanılan şəxslərdən Aqil Vəliyevin şəxsiyyəti istintaqla araşdırılan "Hafis" adlı İran vətəndaşından əldə etdiyi müəyyən edilib. Araşdırmalar davam etdirilir.Eltun Məmmədov
Diqqət Çəkənlər
Salyan 1 saylı mediasiya təşkilatının ictimai təqdimatı keçirildi - FOTOLAR
Ermənistandan Azərbaycana keçmək istəyən əcnəbi barədə qərar verildi
Sabahdan hava dəyişir - Güclü külək əsəcək, dolu düşəcək