EN

Kolumbiya İsraili Qəzzada kütləvi qətldə ittiham edib

Kolumbiya prezidenti Qustavo Petro İsraili Qəzzada dinc əhaliyə qarşı kütləvi qətl törətməkdə ittiham edib.

BiG.AZ xəbər verir ki, Kolumbiya Prezidenti Qustavo Petro, X sosial media hesabındakı paylaşımında, Birləşmiş Millətlər Təşkilatının (BMT) İsraili münaqişə zonalarında uşaqlara zərər verən ölkələr siyahısına əlavə etməsi ilə bağlı xəbərdən sitat gətirib.

"Bu gün fələstinli uşaqların bu kütləvi qətlini dəstəkləyən hər kəs, nasistlərin Holokostu həyata keçirdiyi dövrdə yaşayıb buna biganə qalanlar kimi dünya tarixinin qaranlıq səhifələrində öz yerini tutacaq" ,- deyə o bildirib.

Kolumbiya Qəzzada Fələstin xalqına qarşı davam edən hücumları əsas gətirərək mayın 3-də İsraillə diplomatik əlaqələri rəsmən kəsdiyini açıqlayıb.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
107
big.az

1Sources