EN

Sabunçu Tibb Mərkəzində kompüter və maqnit-rezonans tomoqrafiyası tibbi xidməti istifadəyə verilib

Bakı, 8 iyun, AZƏRTAC

Sabunçu Tibb Mərkəzinin yeni Şüa-diaqnostika şöbəsinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova və digər rəsmi şəxslər iştirak ediblər.

Mərkəzdə həyata keçirilən yeniliklər, Şüa-diaqnostika şöbəsinin fəaliyyəti və yaradılan şəraitlə bağlı məlumat verən N.Bəşirova bildirib ki, bu yeniliklər sayəsində göstərilən tibbi xidmətin keyfiyyəti yüksəldiləcək və vətəndaş məmnunluğu daha da artırılacaq.

Yeni şöbə tibbi texnologiyanın ən müasir avadanlıqları ilə təchiz edilib. ABŞ-da istehsal olunan kompüter tomoqrafiyası (KT) cihazı (128 Kəsitli General Electric (GE) Optima 660), Almaniya istehsalı maqnit-rezonans tomoqrafiyası (MRT), Koreya istehsalı dopler ultrasəs diaqnostika (USM) və ürəyin ultrasəs müayinəsi üçün exokardioqrafiya (EXO) aparatları stasionar, ambulator şəkildə müraciət edəcək pasiyentlərin istifadəsinə verilib.

Yeni Şüa-diaqnostika şöbəsində 4 həkim, 4 radioloji texnik olmaqla, ümumilikdə, 15 nəfər tibbi heyət xidmət göstərəcək.

Həmçinin şöbədə 2 həkim otağı, arxiv otağı, gözləmə zalı və qeydiyyat bölməsi də yerləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
11
azertag.az

10Sources