Oğuz rayonunun Kərimli kəndində yanğın olub.
525.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizi Facebookda izləyin