Ötən həftə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Abasqulu Ağa Bakıxanovun heykəli qoyulan parkın baxımsız vəziyyətdə olması barədə xəbər vermişdik.
Far.Az-də qaldırılan məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, Bakıxanov qəsəbəsi, Abbasqulu Ağa Bakıxanov parkında təmir edilməsi üçün götürülmüş oturacaqlar (skamyalar) yenidən sözügedən parkda yerləşdirilib.
"Eyni zamanda parkda mövcud olan işıq dirəkləri hal-hazırda təmir edilir. Xahiş edirik nəzərə alasınız", - deyə icradan qeyd olunub.
Banu Hüseynli Far.Az VİDEO