EN

Vulkanlar püskürür, çünki … (mətin və audio)

 

  Bütün canlı və cansız varlıqlar üçün fəlakət olan vulkandan bəhs edəcəyik bu gün. “Vulkan niyə püskürür” sualına “çünki” deyərək başlayırıq.

  Vulkanlar Yer qabığındakı tektonik çatlar və kanallar üzərində əmələ gələn, dərin maqma ocaqlarından yerin səthinə lava, qaynar qaz, su buxarı və suxur qırıntıları püskürən geoloji törəmədir. Fəaliyyət xarakterinə görə vulkan fəaliyyətdə olan, yuxuya gedən və sönmüş, formasına görə isə mərkəzi və çat tipli olur.

  Yer kürəsinin üst qatında yaranan, geoloji struktur olan vulkan Yerin daxilində baş verən geoloji dəyişikliklər nəticəsində maqmanın xaric edilməsi ilə müşayiət olunur, ətrafına lava, vulkanik qazlar, daşlar - vulkanik bombalar püskürür.

   Vülkan sözü qədim Roma imperatorluğunda od tanrısı Vulkanın adından götürülüb.

  Yerin 100 km. dərinliyində təxminən 1000 və 1300°C arasında temperatur mövcuddur. Bu istiliyin təsirindən ərimiş daş qarışığı özülü plastik formaya malik maqmaya çevrilir. Damcı formalı maqma 50 km. dərinliyinə yığılır. Təzyiq çoxaldıqca maqma yarıqlarla hərəkət edərək litosferə daxil olur. Bu yolla Yerin üzünə çıxmış maqmaya lava deyilir.

  Vulkan partlayışı zamanı təkcə közərmiş mayelər yox, həm də bərk və qaz halında olan maddələr xaricə çıxır.

  Əksər hallarda vulkanlar konus şəklində olur.

  Püskürmədən sonra vulkanın aktivliyi ya dayanır, ya da o min illər boyu "mürgüləyir". Bu zaman vulkanın özündə və ətrafında olan ərazilərdə maqmatik özəyin soyuması ilə müşaiət olunan aktivlik saxlanılır və postvulkanik dövr baş verir.

  Maqmadakı qazlar ümumiyyətlə su buxarı, karbon qazı və azot kimi birləşmələrdir. Səthə doğru yüksəldikcə maqma içindəki qazlar təzyiq altında əriyərək onunla birlikdə hərəkət edir. Səthə yaxınlaşdıqca təzyiq azaldıqca qazlar maqmada həll olur və sərbəst hala gəlir. Bu da şiddətli bir partlayış nəticəsində qazların Yer qabığına nüfuz etməsinə və maqmanı Yer üzünə aparmasına səbəb olur.

  Partlayışların intensivliyi qayaları kilometrlərlə yuxarı itələyir və nəticədə dağ əmələ gəlir. Vulkanik vulkanik materialların, xüsusilə tuf və lava axınlarının soyuması nəticəsində əmələ gələn dağlar vulkanik dağlar adlanır. Türkiyədə Nemrut, Erciyes və Süphan, İtaliyada Etna və Vezuvi, Yaponiyada Fuci, İndoneziyada Tambora dağları buna misaldır. Dünyanın ən yüksək vulkanik dağı ABŞ-ın Havay adasındakı Mauna Loa dağıdır ki, hündürlüyü 4169 metrdir.

  Püskürmə nəticəsində vulkanik materiallar atmosferə səpilir. Bunlara kül və lava parçaları, vulkan bombaları adlanan iri qaya parçaları və yanar vulkanik kül və qazın qarışığı olan piroklastik axınlar daxildir.

  Partlayışların intensivliyi maqmanın axıcılığından, səthə çatan materialdakı qazın miqdarından və vulkanın ümumi quruluşundan asılı olaraq dəyişir.

  Geoloji proseslərin təbii nəticəsi olan vulkan püskürmələri ətrafdakı təbii və texnogen aktivlərə ciddi təsir göstərir.

  Uzun müddət geoloji zaman içində əmələ gəlmiş vulkanlar dünyanın formalaşma mərhələlərində intensiv olub, planetimizin səthini və atmosferini formalaşdırıb və onun hazırkı formasını yaradıb.  

 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
101
trt.net.tr

1Sources