Azərbaycanda icra başçısının görüntüləri böyük marağa səbəb olub.
KONKRET.az Manset.az-a istinadən xəbər verir ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonda təmir-tikinti işləri görən usta və fəhlələrə kömək edib.
O təmir zamanı istifadə olunan daşların daşınmasında şəxsən iştirak edib. İcra başçısının bu addımı vətəndaşlar tərəfindən lentə alınıb və çox təqdir olunub.
Qeyd edək ki, Firdovsi Şahmirzə oğlu Əliyev 2023-cü ildə Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
İcra başçısının həmin görüntülərini linkə daxil olaraa izləyə bilərsiniz:
https://www.instagram.com/reel/C78aTsEI9x3/?igsh=eThvYnczbzBmZjRi