EN

BiznesNərminə Həsənova: “Azərbaycan uşaqları öz layihələrini beynəlxalq arenada təqdim edəcəklər”

Bu gün artıq 4-cü dəfədir ki, Azərbaycanda “Mini Boss” biznes məktəbi tərəfindən startuplar üzrə milli çempionat təşkil edilir.

"Report" xəbər verir ki, bunu “Mini Boss” biznes məktəbinin təsisçisi Nərminə Həsənova “Startup National Cup 2024"də deyib.

Onun sözlərinə görə, aprel ayında baş tutan startup biznes forumunda uşaqlar öz biznes layihələrini təqdimat şəkilində nümayiş etdiriblər və müxtəlif qrantlar əldə ediblər: “Bu gün isə onlar artıq məhsul və xidmətlərini qonaqlara, münsiflər heyətinə təqdim edəcəklər. Uşaqların aldığı qrantın minimal məbləği 700 manat, maksimal məbləği isə 3,1 min manat təşkil edirdi.

Tədbirimizdən sonra dərhal onlar öz məhsul və xidmətlərini qonaqlara nümayiş etdirə biləcəklər”.

N.Həsənova bildirib ki, iyunun 30-u və iyulun 1-də İstanbulda dünya çempionatı keçiriləcək: “Bununla da uşaqlarımız öz layihələrini beynəlxalq arenada təqdim edəcəklər”.

Hazırkı milli startup çempionatında 17 komanda iştirak edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
90
2
far.az

3Sources