EN

Ayıb olsun! - BMT baş katibinə etiraz

BMT-nin baş katibi Antonio Quterreş İsrail hərbçilərini uşaqlara qarşı cinayət törədənlərin qlobal siyahısına daxil edib.

Yenisabah.az xəbər verir ki, bunu Quterreşin sözçüsü Stefan Düjarrik bildirib.

Diplomatik mənbənin bildirdiyinə görə, siyahıya HƏMAS və "İslami Cihad" , habelə İsrail ordusu (IDF) də daxil edilib.

İsrailin BMT-dəki səfiri Gilad Erdan BMT-nin qərarından qəzəblənərək IDF-i “dünyanın ən əxlaqlı ordusu” adlandırıb:

“Bu gün qara siyahıya düşən yeganə baş katibdir ki, müharibənin əvvəlindən və hətta ondan əvvəl də qərarları terrorçuları mükafatlandırıb və onları terror aktları törətmək üçün uşaqlardan istifadə etməyə sövq edib... Ayıb olsun!”


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
87
yenisabah.az

1Sources