EN

Fazil Mustafa cinayəti üzrə istintaq bitdi

Fazil Mustafa cinayəti üzrə istintaq bitdi

Millət vəkili Fazil Mustafaya qarşı törədilən cinayət işi ilə bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda iş üzrə son sənədlər tədqiq edilib.

İttiham tərəfi təqdim olunan sübutların onlar üçün yetərli olduğunu deyərək istintaqın yekunlaşmasını təklif edib.

Təqsirləndirilən şəxslər də təklifə etiraz etməyib.

Növbəti məhkəmə prosesi iyunun 13-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin martında baş verib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb. Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Azər Səricanov, Səbuhi Şirinov, Rəşad Əhmədov, Elşad Əsgərov və Emin Əliyarov tutularaq istintaqa təhvil veriliblər. Onların hər biri təqsirləndirilən şəxs qismində tanınıb, barələrində həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
79
10
sonxeber.az

10Sources