EN

Dünya şöhrətli azərbaycanlı professor vəfat etdi - FOTO

Azərbaycanlı tibb professoru vəfat edib.

Ölkə.Az-ın məlumatına görə, tibbi biokimyaçı və fizioloq, tibb elmləri doktoru, Amerika Kardioloqlar Cəmiyyətinin fəxri üzvü  Səbzəli Cavadov dünyasını dəyişib.

O, bir neçə gün əvvəl 64 yaşında Mayamidə qəflətən  vəfat edib.

Allah Rəhmət eləsin!

Qeyd edək ki. S.Cavadov dünya səhiyyəsinin inkişafında öz sözünu demiş, Azərbaycan və Amerika tibb elmi və ümumdünya kardiologiya sahəsi üçun çox işlər görüb.

O, təhsil həyatına Xaçmaz rayonu Qaradağlı kənd orta məktəbində başlamaqla, sonra Bakıda, Moskvada ali tibb universitetlərində təhsil alıb.

Səbzəli Cavadov 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini vəzifəsində çalışmış və Komissiyanın Rəyasət Heyətinin üzvü olub.

Uzun illər Almaniya, Fransa, Macarıstan, Kanada və İngiltərənin taninmış universitetlərində elmi mühazirələrlə çıxış edib.

Professor yüzlərlə elmi məqalə  müəllifi eksperimental  kardiologiya, ürək çatışmazlığının molekulyar və hüceyrə mexanizmlərinin öyrənilməsində aparıcı tədqiqatçı olub.

Billurə Yunus

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
118
4
olke.az

5Sources