EN

Paşinyandan separatçıbaşı Şahramanyanın “xidməti maşını”nın müsadirəsinə qərar...-VİDEO

Paşinyan hakimiyyəti Azərbaycan ərazisində ləğv olunmuş qondarma separatçı-terrorçu rejimin  Ermənistana qaça bilmiş sonuncu “prezident”i Samvel Şahramanyanın “xidməti maşını” sayılan avtomobili müsadirə etmək qərarına gəlib.
 
Moderator.az xəbər verir ki,  bu barədə “Hraparak” və tert.am məlumat yayıb.
 
Heç bir vəzifə daşımayan Şahramanyanın mövcud olmayan bir qurumun qondarma nömrəsi ilə “xidməti maşın”dan istifadə etməsini qanunlara hörmətsizlik kimi qəbul edən üquq-mühafizə orqanı əməkdaşları dünən – mayın 7-si axşam saatlarında sözügedən avtomobili müsadirə edərək aparmağa çalışıblar.
Lakin separatçıbaşının vəkili Roman Yeritsyan jurnalistlərə bildirib ki, müstəntiqlər hələlik avtomobilin müsadirəsinə nail ola bilməyiblər.
“Müstəntiqlərin 3-4 saat davam edən hərəkətləri nəticəsində müstəntiqlər anladılar ki, məhkəmə hökmü çıxarılmadan avtomobili müsadirə edə bilməzlər. İstintaq komitəsinin müstəntiqləri maşını evakuasiya etmədən gediblər. Avtomobilin üzərindəki plomblar maşının işləməsinə maneə ola bilməz”, - Yeritsyan bildirib.
 
Yeritsyan əlavə edib ki, müstəntiqlər onlarla əvvəlcədən əlaqə saxlayıb, avtomobilin ən azı 2 gün müddətinə təhvil verilməsini təklif ediblər, lakin onlara qanunun müddəaları açıq-aydın göstərilib: qanuna görə əmlakın üzərinə həbs qoyulması üçün hökmün olması məcburidir.  
 
Daha əvvəl Şahramanyanın vəkili məlumat vermişdi ki, avtomobil aylar əvvəl narkotik saxlamaqda şübhəli bilinərək həbs edilmiş Samvel Şahramanyanın sosial köməkçisi Aşot Danielyanın işi çərçivəsində götürülür…

 

S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
38
1
moderator.az

2Sources