EN

Saqqız və diş pastasının tərkibindəki maddə infarkt riskini artırır

Saqqız

Bakı, 8 iyun, AZƏRTAC

Saqqız və diş pastasının tərkibindəki maddə infarkt riskini, həm də hazırkı qlükoza səviyyəsini min dəfə artırır. Həmin maddə diabet xəstələrinin və ya arıqlamaq istəyənlərin istifadə etdiyi ksilitol, saqqız, diş pastası kimi məhsullarda da var.

AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, həmin araşdırma “European Heart Journal” jurnalında dərc olunub.

Tədqiqatı aparan alimlər ürək xəstəliyi riski olan və oruc tutan 3 mindən çox insanın qan nümunələrini yoxlayıb. Üç il ərzində izlənilən bəzi iştirakçılar ürək-damar problemləri yaşasa da, qanında yüksək səviyyədə ksilitol olanların bunu daha çox hiss etdiyi məlum olub. Daha sonra insan və siçan üzərində təcrübə aparan tədqiqatçılar müəyyən ediblər ki, ksilitol qanda trombositlərin laxtalanmasını sürətləndirir. Bu qan laxtaları infarkt, insult və hətta ölümlə nəticələnə bilər. Daha sonra 20 sağlam insanın yarısına tərkibində normal səviyyədə ksilitol olan içki, digər yarısına isə şəkər (qlükoza) ilə şirinləşdirilmiş içki verilib. Birinci qrupdakı iştirakçılarda qanın laxtalanması sürətlə artdığı halda, şəkərli içki qəbul edənlərdə belə bir artım müşahidə edilməyib. Alimlər, eritritol kimi ksilitolun infarkt, insult və ölüm riskinin təxminən iki qat artması ilə əlaqəli olduğunu tapıblar. Araşdırmanın baş müəllifi professor Stanley Hazen bildirib: “Alimlər qeyd ediblər ki, ksilitol qəbul etdikdən sonra qanda qlükoza səviyyəsi min dəfə artıb və 6 saat ərzində yüksək səviyyədə qalıb. Şəkər yediyiniz zaman qlükoza səviyyəsi 10 və ya 20 faiz arta bilər, lakin min dəfə deyil. Təbii birləşmə olsa da, bədənimizdə normal şəraitdə meydana çıxacağından çox daha yüksək səviyyədə, təbiidən uzaq bir şəkildə istifadə olunur. Yeni araşdırma şəkər spirtləri ilə ürək-damar xəstəlikləri arasında əlaqəni qeyd etsə də, səbəb-nəticə əlaqəsi qurmaq mümkün deyil”.

Corc Vaşinqton Universitetinin İdman və Qidalanma Elmləri Departamentinin müəllimi Rob van Dam deyir ki, gecələr oruc tutan insanlarda ksilitol səviyyəsi təbii olaraq arta bilər. 20 nəfərlə təcrübədə iştirak edənlər oruc tutmadığı üçün burada qurulan əlaqə daha etibarlı olsa da, iştirakçı sayının az olması başqa araşdırmalar tələb edir. Bu məhdudiyyətlərə baxmayaraq, araşdırma aparan qrup, nəticələrin ksilitol və eritritol kimi maddələrin risklərinə diqqəti cəlb edəcəyinə ümidvar olduğunu deyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
119
9
azertag.az

10Sources