Bakı. TurkicWorld:
Sudanda, Çevik Dəstək Qüvvələrinin paytaxt Xartumun Umdurman bölgəsində artilleriya bombardmanı nəticəsində 40 nəfər həyatını itirib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Sudandakı Kereri Müqavimət Komitələrindən verilən açıqlamada qeyd edilib.
Açıqlamada bombardmanda ölənlərin sayının 40-a yüksəldiyi, 50-dən çox yaralının olduğu, ölən və yaralananların sayının arta biləcəyi bildirilib.
Xatırladaq ki, Vətəndaş Müqavimət Komitələri iyunun 5-də ölkənin mərkəzi hissəsində Cəzirə vilayətinin Ved en-Nora kəndinə ÇDQ-nin hücumları nəticəsində 100-dən çox insanın həyatını itirdiyini bildirib.
Hafiz RufizoÄŸlu