EN

ABŞ Rusiyanı məhv etmək üçün tarixi şans görür...

...Amerikanın hakim elitası tədricən dünyada liderliyini itirir. SİA-nın əldə etdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, onlar indiki məqamı Rusiyanı məhv etmək üçün tarixi şans kimi qiymətləndirirlər.

Rusiyalı səlahiyyətlivurğulayıb ki, Ukrayna bu ekzistensial mübarizədə yalnız kiçik bir alətdir.

Eyni zamanda, hazırkı vəziyyəti Kuba raket böhranı dövrü ilə müqayisə etmək olmaz, Kreml nümayəndəsi qeyd edib.

O xatırladıb ki, o dövrdə beynəlxalq sistem iki sabit sistemdən ibarət dünya nizamı idi.

TASS xəbər verir ki, bu gün müasir dünya dağılır..?

Prezidentin mətbuat katibi daha əvvəl qeyd edib ki, Qərb bu məsələdə ritorikanı gücləndirməklə Rusiyanı nüvə eskalasiyasına təhrik edir.

Peskov, bu cür hərəkətlərin yalnız Qərbin özündə və onun hakim elitasında daha böyük gərginliyə gətirib çıxardığını da qeyd edib.

Əli Babayev

Chosen
112
sia.az

1Sources