EN

“İlk 20 dəqiqə komandamız bir az zəif oynadı, amma sonradan yaxşı çıxış etdik, komanda aqressivləşdi“

Milli komamdamız Albaniya ilə matçda 1:3 hesabı ilə məğlub olub.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra yığmamızın çalışdırıcısı Arif Əsədovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Öz səhvlərimizdən qollar buraxdıq. Nəticədən yox, komandanın oyunundan razıyam. Yaxşı oyun alındı. İlk 20 dəqiqə komandamız bir az zəif oynadı, amma sonradan yaxşı çıxış etdik, komanda aqressivləşdi. Qarşıya baxmaq lazımdı. Rəqib Avropa çempionatına hazırlaşır. Bunun da nəticəyə təsiri ola bilər.Ola bilər ki, Albaniyanın gücü ilk dəqiqələrdən yaxşı oynamağıza imkan vermədi. Amma sonradan komandamız başa düşdü ki, bu rəqibə qarşı oynamaq olar. Hiss olunurdu ki, onlar Avropa çempionatında oyunlarını bu cür quracaqlar. Musanı növbəti oyunda da sonradan meydana girə bilər. Görürsünüz ki, o, sonradan oyuna girəndə daha effektli olur. Musa da, Mahir də hələ 90 dəqiqə oynamağa hazır deyil. Çalışırıq ki, bunları nəzərə alaq.

Emil də əvvəlki oyununu göstərmədi. Düşərgəyə 2-3 kilo artıq çəki ilə gəlmişdi. Demişəm ki, milliyə gəlirsənsə, öz formanı saxlamalısan".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources