EN

Kəndin atəşə tutulması nəticəsində 19 dinc sakin həlak olub...

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Sadovoe kəndini atəşə tutub.

SİA bu barədə rus saytlarına istinad edir.

Rus saytlarının yazdığına görə, mərmilər mağazaya düşüb, Bunu Xerson vilayətinin qubernatoru Vladimir Saldo bildirib. Saldonun Telegram-da yazdığına görə, atəş zamanı xeyli sayda müştəri və işçinin yerləşdiyi mağaza dağıdılıb.

19 nəfər ölüb və daha 5 nəfər yaralanıb.

Yaralılara lazımi tibbi yardım göstərilir.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
145
10
sia.az

10Sources