Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Fələstinin baş naziri və xarici işlər naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb. APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirilib. Danışıq zamanı sabah İstanbulda keçiriləcək Qəzza ilə bağlı D-8 Xarici İşlər Nazirləri Şurasının Fövqəladə Toplantısı və Fələstindəki son vəziyyət müzakirə edilib.